

Estetik və Anti-Age
Təbabət üzrə
10-cu Azərbaycan Konqresi
OKTYABR 2025
BAKU CONVENTION CENTER
Hörmətli həmkarlar və iştirakçılar,
Daha çox COP29 kimi tanınan BMT-nin İqlim Dəyişikliyi Konfransı 2024-cü ilin payızında Bakıda keçiriləcək. Bu irimiqyaslı tədbir 70 minə yaxın iştirakçını və onlarla dövlət başçısını Bakıya cəlb edəcək.
COP29-a hazırlıq işləri ilə əlaqədar olaraq və konqres iştirakçıları üçün narahatçılığa yol verməmək üçün biz AAAMC-2024-ün 10-cu Yubiley Beynəlxalq Konqresinin tarixlərini təxirə salmağa məcburuq.
Vacib məlumatları qaçırmamaq üçün yeniləmələrimizi izləyin.
Anlayışınız və dəstəyiniz üçün təşəkkür edirik. Əminik ki, yeniləşən və daha da gözəlləşən Bakıda AAAMC konqresinin onillik yubileyi daha möhtəşəm həyata keçəcək.
Hörmətlə,
AAAMC Təşkilat Komitəsi
Artıq 9 ildir ki, konqres ardıcıl olaraq yüksək standartlar nümayiş etdirir.
Elmi proqramın bir hissəsi olaraq: müvafiq innovativ hesabatları olan aparıcı ekspertlər;
Satellitlərin bir hissəsi kimi: dünya brendlərinin spikerlərindən unikal müəllif üsulları;
Art of Beathy Award mukafatının təqdimetmə mərasiminin bir hissəsi olaraq: füsunkar Qala Gecəsi - incəsənət, mədəniyyət, mətbəxin nümayişi və qonaqların ənənəvi olaraq fəxri qəbulu vasitəsilə Azərbaycanla daha bir tanışlıq;
Ünsiyyət çərçivəsində: konqres platforması müxtəlif ixtisaslar üzrə həkimlər, estetik tibb, plastik cərrahiyyə və qocalma əleyhinə tibb üzrə tədqiqatçılar və alimlər arasında peşəkar məlumat mübadiləsini təmin edir;
Turizm/istirahət çərçivəsində: Odlar yurdu Bakıya ekskursiya.
Əgər siz AAAMC-2024-də iştirakçı, tərəfdaş və ya qonaq kimi iştirak etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın və biz sizə daha ətraflı məlumat verəcəyik.
Bakıda görüşənədək!
KONQRESİN TƏŞKİLAT KOMİTƏSİ
Azərbaycan Estetik və Anti-eyc Təbabət Konqresi (AAAMC) Azərbaycan Estetik Təbabət Assosiasiyası tərəfindən, IMCAS (Dərinin qocalması üzrə Beynəlxalq Master Kursları və Konqresi) və Azərbaycan Səhiyyə Nazirliyinin fəal dəstəyi ilə təşkil olunub.